bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Arqentinalının "Barselona" arzusu

16.05.2020 09:39 Oxundu 513


"İnter" klubununarqentinalı  hücumçusu Lautaro Martines "Mançester Siti" və PSJ-nin marağına isti yanaşmır.

Cempion.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu bu klublara potensial keçidi ilə maraqlanmır və o, "Barselona"ya keçməkdə israrlıdır.
Lautaronun Milan təmsilçisinin rəhbərliyinə bu barədə fikrini çatdırdığı bildirilir.

Nəşrin məlumatına görə, "Barselona" Martinesin transferi üzərində çalışır.

Məlumata görə, katalonlar Argentina millisinin üzvünə start heyətdə oynamağa vəd verib.

Qeyd edək ki, Lautaro Martines bu mövsüm "göy-qara" formada 31 oyunda 16 qol vurub, 4 assist edib. Futbolçunun sərbəst qalma qiyməti 111 milyon avrodur.