çərşənbə axşamı, 31 mart 2026

DÜNYA FUTBOLU

Cengizin transfer qiyməti açıqlandı

16.05.2020 10:16 Oxundu 537


İtaliyanın "Roma" klubu ən yaxın transfer pəncərəsində Cengiz Ündər üçün gələcək transfer təkliflərini dəyərləndirəcək.

Cempion.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi türkiyəli yarımmüdafiəçini 24 milyon avroya satmağa hazırdır.

22 yaşlı oyunçu ilə "Arsenal", "Tottenhem", "Bayer", "Napoli" və "Milan"ın maraqlandığı qeyd edilir.

Qeyd edək ki, "Roma" Cengizi 2017-ci ildə "Başakşəhər"dən 14,25 milyon avroya transfer etmişdi. Türkiyə millisinin üzvübu mövsüm 20 oyunda 3 qol vurub.