16.05.2020 10:55
492
492

"Barselona” futbol klubu Usman Dembeleni dəyərinin yarı qiymətinə satış siyahısına daxil edib.
Cempion.az "Marca” nəşrinə istinadən xəbər verir ki, 105 milyon nağd və 42 milyon avro bonus şəklində ödənişlə "Barsa”ya keçən futbolçunun zədələr səbəbindən mövsümü bitirməsi klub rəhbərliyini onu satmaq fikrinə salıb.
Xəbərdə bildirilir ki, futbol tarixinin ən bahalı ikinci transferi sayılan U.Dembelenin onun üçün 60 milyon avro ödəyən kluba verilməsi qərarlaşdırılıb.