bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Rabyo Premyer liqa klubunun hədəfində

16.05.2020 11:26 Oxundu 565


"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo karyerasını "Nyukasl"da davam etdirə bilər.

Cempion.az "La Gazetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, fransız futbolçu ən yaxın transfer dönəmində Turin klubundan ayrılmağa qərar verib. Futbolçunun agentliyini edən anası İngiltərə klubu ilə danışığa keçib.

Bundan başqa, "Everton" da 26 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. "Liverpul" klubunun çalışdırıcısı Karlo Ançelotti PSJ-dən tanıdığı keçmiş oyunçunu sərəncamında görmək istəyir.

Qeyd edək ki, Rabyo 2019-cu ilin yayında PSJ-dən "Yuventus"a azad agent statusu ilə keçib