bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Nazarovun koronavirus testi açıqlandı

16.05.2020 11:50 Oxundu 482


Yığmamızın futbolçusu Dmitri Nazarovun klubu Almaniya "Ertsgebirge"nin üzvlərindən götürülmüş koronavirus testinin nəticələri açıqlanıb. 

Cempion.az II Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun işçiləri, futbolçular və məşqçilər heyətinin heç birində virusun simptomları aşkarlanmayıb.

Qeyd edək ki, mayın 16-da Almaniyanın əsas və II Bundesliqasında cari mövsüm bərpa olunacaq. "Ertsgebirge" XXVI turda evdə "Zandhauzen"i qəbul edəcək. Görüş Bakı vaxtı ilə 15:00-da başlayacaq.

Aue təmsilçisi 25 turdan sonra 34 xalla 8-ci pillədədir.