bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Türkiyəli futbolçu "Barselona"nın hədəfində

16.05.2020 12:15 Oxundu 614

İspaniyanın "Barselona" klubu türkiyəli müdafiəçi Çağlar Söyüncünü heyətinə cəlb etmək istəyir.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniya təmsilçisi Cerard Pikedən sonra olacaq boşluğu doldurmaq üçün Söyüncünü transfer etmək niyyətindədir.

Qeyd edək ki, Türkiyəli müdafiəçi "Frayburq"da keçirdiyi uğurlu mövsümdən sonra "Lester Siti"yə transfer olmuşdur. Çağlar Söyüncü bu mövsüm "Lester" formasıyla 35 oyuna çıxıb. 23 yaşındakı müdafiəçi bu qarşılaşmalarda 1 qol, 1 asistlə yadda qalıb.