çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ” “İnter”in qonağı olacaq

07.08.2016 08:43 Oxundu 496

Bu gün Topaz Premyer Liqasının 2016/17 mövsümünün açılış turunun daha bir oyunu keçiriləcək.Turun ikinci oyun gününün yeganə qarşılaşmasında “Qarabağ” “İnter”ə qonaq olacaq. Bu matçı həm də ilk turun mərkəzi oyunu kimi xarakterizə edə bilərik. Son üç ilin çempionu “Qarabağ” yeni mövsümə kifayət qədər iddialı hazırlaşan “İnter”in nəyə qadir olduğunu sınağa çəkəcək. “Bankirlər” cəza səbəbindən Avrokuboklarda iştirak edə bilməsələr də daxili birinciliyə ciddi cəhdlə hazırlaşıblar və bunu da qələbə ilə sübut etmək istəyirlər. Ağdamlılar isə Çempionlar Liqası ilə vidalaşdıqdan sonra komandada yaranmış ruh düşkünlüyünü çempionata qələbə ilə başlayaraq aradan qaldırmağı planlaşdırır.

“İnter Arena”da baş tutacaq oyun saat 20:00-da start götürəcək.

Topaz Premyer Liqası

I tur

7 avqust (bazar)

20:00. “İnter” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim inspektor: Məlik Həsənov

“İnter Arena”