16.05.2020 13:41
494
494

"Bavariya"nın polşalı qolçusu Robert Levandovski özündən əlavə ən yaxşı 5 hücumçunun adını açıqlayıb.
Cempion.az xəbər verir ki, "Bild" nəşrinə açıqlama verən ulduz futbolçu bunları deyib: " Ən yaxşı 9 nömrədən danışmalı olsaq, Kərim Benzema deyərəm. Sonra Timo Verner, Luis Suarez, Killian Mbappe, Serxio Aqueronu qeyd edərəm".
Erlinq Hallandın niyə siyahınızda yoxdur sualına bu cür cavab verib; Norveçli hücumçunun potensialı çox yüksəkdir amma zamana ehtiyacı var. Əgər çox çalışarsa, bir gün bu siyahıda yer ala bilər
Sonda Levandovski Hallanda bir tövsiyədə verib: "Əgər Bundesliqada qalmağa üstünlük verərsə, dünyanın ən yaxşı hücumçusu ola bilər".