bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

"Ayakıs"ın ən yaxşı futbolçusu müəyyənləşdi

16.05.2020 15:49 Oxundu 549


Niderlandın “Ayaks” klubunda ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, sözügedən komandanın mərakeşli yarımmüdafiəçisi Hakim Ziyex 3-cü dəfə üst-üstə “Ayaks”ın ən yaxşısı seçilib.
27 yaşındakı yarımmüdafiəçiyə mükafatı azarkeş qrupunun lideri Fabian Naqtzaam verib.

Qeyd edək ki, 2016-cı ildən “Ayaks”da forma geyinən Ziyex, bu komandada 165 oyuna çıxıb, 48 qola imza atıb. Növbəti mövsümdən isə mərakeşli futbolçu İngiltərə Premyer Liqasında mübarizə aparacaq. Belə ki, o, qışda 44 milyon avroluq təzminatla “Çelsi”yə transfer olunub. Lakin tərəflər arasındakı müqavilə yeni mövsümün startı ərəfəsində qüvvəyə minəcək.