bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Nazarovun komandası qalıb gəldi

16.05.2020 17:45 Oxundu 510


Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Ertsgebirge" klubu II Bundesliqanın XXVI turunda "Sandhauzen"i qəbul edib.

Cempion.az xəbər verir ki, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı Nazarov açıb. 30 yaşlı yarımmüdafiəçi 5-ci dəqiqədə penaltidən vurduğu qolla komandasını önə keçirib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 37-yə çatdıran "Ertsgebirge" 5-ci pilləyə yüksəlib.