çərşənbə axşamı, 31 mart 2026

DÜNYA FUTBOLU

Son İngiltərəyə qayıtdı

16.05.2020 18:35 Oxundu 536


“Tottenhem”in futbolçusu Son Hın Min Cənubi Koreyada hərbi xidmətdən keçdikdən sonra İngiltərəyə qayıdıb.

Cempion.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, onun koronavirus testinin nəticəsi müsbət olacağı təqdirdə, karantində qalacaq. 27 yaşlı hücumçuda pandemiya aşkarlanmasa, o, gələn həftədən klubun bazasında fərdi məşqlərə başlayacaq.

Qeyd edək ki, Son 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 3 həftə ilə əvəzlənib.