bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

“Milan”ın futbolçuları Rusiya klublarının hədəfində

17.05.2020 10:38 Oxundu 507


Rusiyanın “Spartak”, “Lokomotiv” və “Krasnodar” futbol klubu İtaliyanın “Milan” klubunun uruquvaylı yarımmüdafiəçisi Dieqo Laksaltanı əldə etmək istəyir.

Cempion.az xəbər verir ki, bu barədə məlumat jurnalist Janluki Di Marionun rəsmi saytında yerləşdirilib.

Qeyd olunur ki, 27 yaşlı futbolçunun nümayəndələri artıq “Spartak”la əlaqə saxlayıb, “Lokomotiv” və “Krasnodar” isə uruquvaylı uğrunda mübarizəyə qoşulmağa hazırdırlar.

Qeyd edək ki, Dieqo Laksalt 2018-ci ildən “Milan”ın oyunçusudur. Bu mövsüm, İtaliya çempionatında 16 matç keçirib, yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.