bazar, 21 dekabr 2025

BİZİM FUTBOL

"Keşlə” klubundan açıqlama

17.05.2020 11:00 Oxundu 498

"Keşlə” Futbol Klubunun futbolçu, məşqçi və inzibati heyəti COVİD-19 testindən keçiblər.

Cempion.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, təlim-məşq bazasında olan yoxlamanın nəticələrinə əsasən kollektivin heç bir üzvündə infeksiya aşkarlanmayıb. Ölkə ərazisində COVİD-19 virusu yayılmağa başlayandan "ASK Arena”-da mütəmadi olaraq dezinfeksiya işləri aparılır.