bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

Özildən xeyirxah addım

17.05.2020 12:10 Oxundu 508

İngiltərənin "Arsenal" klubunun turk əsilli futbolçusu Məsut Özil Manisada yaşayan 280 ailəyə yardım edib.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özil, "Türk Qızılay"ın, " Dərtlər paylaşdıqca bitəcək, yetərki sən buna inan" sloqanıyla başlatdığı kampanyaya dəstək oldu.

Məsut Özil tərəfindən hazırlanmış qida məhsulları Soma və Yunusəmrə vilayətlərində ehtiyacı olan 280 ailəyə göndərilib.

Türk Qızılay Yunusəmrə şöbə müdiri Sərdar Sevim yardım üçün Özilə təşəkkür edib.