17.05.2020 14:13
531


Keçən mövsüm qış fasiləsində "Qalatasaray"dan ayrılan və yaz aylarında "Şalke"yə transfer olan Ozan Kabak Rusiya klubunun transfer siyahısındadır.
Cempion.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Zenit" 20 yaşındakı türkiyəli müdafiəçini heyətinə cəlb etmək üçün "Şalke" klubu ilə danşıqlara başlayıb. Almaniya klubundan verilən açıqlamada bildirilib ki, "transferin baş tutması üçün yaya qədər gözləmək lazımdır".
Məlumata görə, təcrübəli müdafiəçi bu yay "Zenit"ə transfer olacaq.
Qeyd edək ki, "Şalke"yə transfer olmamışdan əvvəl "Bavariya" və "Milan" kimi klublarla adı qeyd edilən Ozan Kabak, bu mövsüm çıxdığı 21 qarşılaşmada 3 qol, 1 asistlə yadda qalıb.