çərşənbə axşamı, 31 mart 2026

GÜLƏŞ

Qadın güləşçi hosteldə ölü tapılıb

17.05.2020 15:15 Oxundu 631


Güləş üzrə Peru çempionu Cannett Malki Peçe Kalyao şəhərindəki hosteldə ölü tapılıb.

Cempion.az "La Fiesta de Lima"ya istinadən xəbər verir ki, 31 yaşlı qadın idmançının iki uşağı qalıb.

Polis güləşçinin hostelə bir kişi ilə daxil olduğunu təyin edib. Onun üzündə isə döyülmə izləri olub.

Qeyd edək ki, Cannett Malki Peçe Peru çempionluğunu 2019-cu ildə qazanıb. O, eyni zamanda Panamerika çempionatında 9-cu yeri tutub. Peçenin böyük bacısı 50 kq çəkidə Panamerika Oyunlarının ikiqat mükafatçısıdır.