cümə, 16 may 2025

DÜNYA FUTBOLU

"Napoli"nin hücumçusu "İnter"in hədəfində

17.05.2020 15:48 Oxundu 510

"Napoli"nin hücumçusu Dris Mertens karyerasını "İnter"də davam etdirməyə yaxındı.

Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Napoli"nin hücumçusu, onun xidmətində maraqlı olan "Çelsi"yə yox, "İnter"ə keçməyi üstün tutur. Mertensin İtaliya təmsilçisi ilə müqaviləsi bu yay başa çatacağından, o, azad agent kimi "neradzurri"nin heyətinə qoşulacaq.

Qeyd edək ki, 2019-20 mövsümündə 29 qarşılaşmada meydana çıxan Mertensin aktivində 12 qol, 6 məhsuldar ötürmə var. Daha əvvəl 33 yaşlı forvardın Milanda mənzil axtarışı ilə bağlı millidəki komanda yoldaşı Romelu Lukakudan kömək istədiyinə dair xəbərlər yayılmışdı.