17.05.2020 16:14
502
502

Misir millisinin sabiq məşqçisi Hani Rəmzi bildirib ki, "Luverpul”un hücumçusu olan həmyerlisi Məhəmməd Salah "Real”ın təklifini qəbul etməyib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, futbolçunun bu təklifi 2018-ci ildə aldığını qeyd edib:
"Həmin vaxt millinin baş məşqçisi Ektor Kuper idi. 2018-ci ilin martında komanda İsveçrədə hazırlıq keçirdi. Məhəmmədlə danışdım. O dedi ki, "Real”dan təklif alıb. Təklif yaxşı idi. Salah bunu mənimlə və Kuperlə müzakirə etdi. Bundan sonra o, "Liverpul”da qalmağa qərar verdi. Çünki özünü orada daha rahat hiss edirdi”.
Qeyd edək ki, bundan iki ay sonra, 2018-ci ilin mayında "Liverpul” Çempionlar Liqasının finalında "Real”a 1:3 hesabı ilə uduzub. Həmin görüşdə Salah çiynidən ağır zədə alıb və bir müddət yaşıl meydandan uzaqda qalıb.