17.05.2020 16:47
476
476

"Liverpul" klubu "Real Sosyedad"ın müdafiəçisi Dieqo Lyorenteni heyətinə cəlb etmək istəyir.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızılar" yayda müdafiə xəttini gücləndirmək istəyirlər. "Liverpul" Lyorentenin təzminat məbləğini ödəməyə hazırdı.
Qeyd edək ki, ispanyalı müdafiəçinin "Sosyedad"la müqaviləsi 2022-ci ilin yayında başa çatır. Cari mövsümdə 20 qarşılaşmada forma geyinən Lyorente iki məhsuldar ötürmə ilə yadda qalıb.