17.05.2020 17:17
472


Villian və Olivyer Jirunun "Çelsi" ilə müqavilələri bu yay başa çatır.
Cempion.az xəbər verir ki, baş məşqçi Frenk Lempard "Sky Sports"a müsahibəsində onların gələcəyi barədə danışıb. İngilis mütəxəssis hər iki futbolçunun komandada qalmasının tərəfdarı olduğunu bildirib:
"Hələ də oyunların nə zaman bərpa olunacağı bəlli deyil. Bu yay bir neçə önəmli futbolçumuzun müqaviləsi başa çatır. Əlbəttə, situasiyanı diqqətlə izləyirəm.
Onlar "Çelsi"ni çox sevirlər və klub üçün çox iş görüblər. Təbii ki, hamımız yaranan situasiyaya görə narahatıq. Ümid edirəm ki, sonda razılıq əldə olunacaq. Eyni heyətlə yola davam etmək istərdim, amma hadisələrini necə cərəyan edəcəyini gözləməkdən başqa seçimimiz yoxdu".