17.05.2020 18:00
487
487

"Leyptsiq"in baş nəşqçisi Yulian Naqelsmann karyerasını "Milan"da davam etdirə bilər.
Cempion.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Milan"ın baş məşqçi və idman direktoru postlarına əsas iddiaçı hesab olunan Ralf Ranqnik rəhbərliyə Naqelsmannın namizədliyini təklif etməyi planlaşdırır. Ranqnikin növbəti həftə "qırmızı-qaralar"ın sahibi olan "Elliot Management" şirkətinin rəsmiləri ilə 32 yaşlı mütəxəssisin mümkün təyinatını müzakirə edəcəyi bildirilir.
Qeyd edək ki, "Leyptsiq" cari mövsümdə Çempionlar Liqasında 1/4 finala yüksəlib. Komanda 25 turdan sonra Bundesliqanın üçüncü pilləsində qərarlaşıb.