cümə, 16 may 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"ın istədiyi oyunçu "Fiorentina"nın hədəfində

17.05.2020 19:16 Oxundu 486

"Fiorentina", bir vaxtlar adı "Qalatasaray" ilə çəkilən PSJ-nin 17 yaşındakı futbolçusunu heyətinə cəlb etmək istəyir.

Cempion.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, mövsüm sonunda PSJ ilə müqavilə uzatmayacaq olan Adil Auşiş "Fiorentina" klubunun transfer siyahısına daxil olub. İtaliya təmsilçisinin rəhbərliyi 17 yaşındakı fransız futbolçu ilə yaxından maraqlanır.

Qeyd edək ki, gənc oyunçu bu mövsüm PSJ forması ilə çıxdığı 3 oyunda 1 qolla yadda qalıb.