17.05.2020 22:07
625


Almaniya Bundesliqasında XXVI turun iki qarşılaşması baş tutub.
Cempion.az xəbər verir ki, günün ilk oyununda “Köln” boş tribunalar önündə “Maynts”ı qəbul edib. Qarşılaşmada qapılara 4 qol vurulsada qalib müəyyənləşməyib.
Xatırladaq ki, bu nəticədən sonra “Köln” 33 xalla 10-cu, “Maynts” 27 xalla 15-ci pillədə qərarlaşıb.
Günün digər oyununda isə lider “Bavariya” “Union Berlin”in səfərinə yollanıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 0-2.
Almaniya Bundesliqasında, 26-cı turun nəticələri:
16 may
"Auqsburq" – "Volfsburq" 1:2
Qol: Yedvay, 54 – Steffen, 43. Ginçek, 90+1.
"Borussiya" D – "Şalke" 4:0
Qol: Haland, 29. Gerrero, 45; 63. Hazard, 48.
"Fortuna" – "Paderborn" 0:0
"Hoffenhaym" – "Herta" 0:3
Qol: Akpoquma, 58-öz qapısına. İbişeviç, 60. Kunya, 74.
"Leyptsiq" – "Frayburq" 1:1
Qol: Poulsen, 77 – Gulde, 34.
"Ayntraxt" F – "Borussiya" M 1:3
Qol: A.Silva, 81 – Plea, 1. Turam, 7. Bensebaini, 72-pen.
“Köln” – “Maynts” – 2:2
Qollar: Uth, 6-pen. (1:0), Kaynz, 53 (2:0), Avoniyi, 61 (2:1), Malonq, 72 (2:2)
"Yunion – "Bavariya" 0:2
Qol: Levandovski, 40-pen. Pavard, 80.
Qeyd edək ki, tura sabah "Verder" – "Bayer" qarşılaşması ilə yekun vurulacaq.