18.05.2020 09:34
447


İspaniyanın “Barselona” klubunun portuqaliyalı müdafiəçisi Nelson Semedu “Yuventus”a transfer olmağa yaxındır.
Cempion.az “Diaro Sport” nəşrinə istinadən xəbər verir ki, İtaliya təmsilçisi bunun qarşılığında Kataloniya təmsilçisinə yarımmüdafiəçi Miralem Pyaniç, müdafiəçi Mattia De Şilyonu və 25 milyon avro verəcək. Klubların razılığa gəldiyi bildirilib.
Xəbərdə bildirilir ki, Pyaniç və De Şilyonun artıq “Barselona” ilə müqavilənin şərtlərində razılaşdıqları qeyd olunub.