bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

La Liqanın bərpa tarixi məlum oldu

18.05.2020 10:55 Oxundu 492


İspaniya La Liqasının prezidenti Xavyer Tebas Almaniya futbol çempionatı mövsümünün davam etdirilməsini şərh edib, həmçinin La Liqanın başlayacağı tarixi açıqlayıb.

Cempion.az "Goal" nəşrinə istinadən xəbər verir ki, La Liqanın prezidenti bunları deyib: "Mən çox şadam. Bundesliqanın baş direktorunu təbrik etdim. Çox əhəmiyyətli iş gördülər, onlarla fəxr edirəm. Bu, təqlid üçün nümunədir. İstəyirəm ki, İspaniya çempionatı mümkün qədər tez başlasın. Biz 12 iyuna yönəlirik. Azarkeşlərin problemləri bu vəziyyətdə daha mövcud deyil”.

Oyunçular cəmlənməlidir. Hər yeni mərhələ bizə böyük miqdarda insanla olmağa icazə verir və ehtiyatlı olmalıyıq. Bizim təhlükəsizlik tədbirlərimizlə məşqlərdə yoluxmaq praktiki cəhətdən mümkün deyil".

Qeyd edək ki, La Liqanın yarış cədvəlinə Katalon "Barselona”sı başçılıq edir. Komanda 58 xal toplayıb. Onu 56 xalla Madrid "Real”ı izləyir.