
İngiltərənin "Arsenal" klubu Mikel Arteta dönəmində önümüzdəki mövsüm üçün iddialı bir heyət qurmaq istəyir
Cempion.az "Daily Mail' nəşrinə istinadən xəbər verir ki, "topçular" "Amyen" forması geyinən Seru Qirassini heyətinə cəlb etmək itəyir.
Fransız hücumçunun meneceri verdiyi müsahibədə bunları qeyd edib: "Amyen"dəki uğurlu oyunundan sonra İngiltərədən və Avropanın birçox klublarından Seru Qirassiə maraq artıb. Koronavirusun təsiriylə hücumçuya yüksək məbləğ verməyə bilərlər amma biz futbolçunu yaz aylarında satmağı planlaşdırırıq".
Xəbərdə bildirilir ki, "Arsenal" tərəfi yaxın günlərdə Fransa klubuna təklif göndərəcək.
Qeyd edək ki, mövsüm əvvəlində 6 milyon avro qarşılığında "Köln"dən "Amyen"ə transfer olan 24 yaşındaki Qirassi, ləğv olunan Liqa 1-də mövsümdə 23 maçta 9 qol, 1 asistlik performans göstərib.