bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

“Bavariya”dan rekord

18.05.2020 13:46 Oxundu 533


“Bavariya” Almaniya Bundesliqasının 26-cı turunda “Yunion” üzərində növbəti qələbəsini qazanıb.

Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Bundesliqa nəhəngi yeni rekorda imza atıb. Belə ki, bu qələbə sayəsində komanda baş məşqçi Hansı Flikin rəhbərliyi altında vurduğu qolların sayını 50-yə çatdırıb. “Bavariya” buna 16 oyunda nail olub. Bu, Bundesliqa tarixində rekord göstəricidir.