18.05.2020 14:12
525
525

"Real Madrid"in almaniyalı ulduzu Toni Kros gələcək kariyerası barədə maraqlı açıqlama verib.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşındakı yarımmüdafiəçi gələcək karyerası barədə bunları deyib: "Futbolçu karyeramı "Real"da davam etdirmək istəyirəm. Bəzi mənbələr Çin klublarına transfer olacağımı yazır amma heç vaxt eşitməyəcəksiz ki, Kros Çin klubuna transfer olub. Karyeramı Madrid klubunda başa vurmaq istəyirəm. Hər şey ola bilər amma 30 yaşında Premyer Liqada olacağımı düşünmürəm".
Qeyd edək ki, 2014-ci ildə "Bavariya"dan transfer olduğu "Real"da 6 mövsümdür forma geyinən Krosun 2023-cü ilə qədər müqaviləsi var.