bazar, 22 iyun 2025

DÜNYA FUTBOLU

Nazarov: "Penaltini yerinə yetirmək velosipedlə gəzmək kimidir"

18.05.2020 15:37 Oxundu 471


Azərbaycan millisinin və “Ersgebirge”nin üzvü Dmitri Nazarov 2-ci Bundesliqanın 26-cı turunda “Sandhauzen”ə 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı açıqlama verib.

Cempion.az xəbər verir ki, oyunda hesabı penalti zərbəsi ilə açan Nazarov, bunları deyib:

“11 metirlik zərbəni yerinə yetirmək velosipedlə gəzmək kimidir. Sürməyi heç vaxt unutmursuz. Zərbəni yerinə yetirərkən özümdən əmin idim. Qayda pozuntusuna görə rəqibə qırmızı vərəqə göstərilməsindən çox vaxt keçmişdi, amma oyuna köklənə bildik və düşürəm ki, qələbəyə layiq idik.

Oyun ərzində bir neçə dəfə maskadan istifadə etdim. Qaydalara əməl etməyə və özünü qorumağa çalışırsan. Qol sevincini qeyd edərkən də, qaydalara əməl etmək asan deyildi. Ümid edirəm ki, gələcəkdə qələbə sevincini azarkeşlərlə qeyd edəcəyik, onlara ehtiyacımız var”.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 37-yə çatdıran "Ertsgebirge" 6-cı pilləyə yüksəlib.