18.05.2020 16:00
516
516

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz yenidən xəstəxanaya yerləşdirilib.
Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı qırmızılılar"ın prezdenti mədə qanamasına görə əməliyyat olunacaq.
Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub. Mayın 15-də isə klub prezidenti evə buraxılıb.