18.05.2020 17:13
466


Mauro İkardi karyerasını yenidən İtaliyada davam etdirə bilər.
Cempion.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Turin klubu bütün diqqətini İkardini transferinə yönəldib. "Qoca sinyora" PSJ-nin təcrübəli futbolçusunu transfer edəcəyinə ümid edir. "Yuventus" klubu yaxın günlərdə arqentinalı hücumçuya təklif göndərməyə hazırlaşır.
İtaliya təmsilçisinin İkardini birbaşa "İnter"dən alması inandırıcı görünmür. "Neradzurri" 27 yaşlı hücumçunu prinsipial rəqibinə satmaq niyyətində deyil.
İkardi icarə əsasında PSJ-də çıxış edir. Paris təmsilçisi satınalma opsiyasından faydalanaraq onu 70 milyon avro qarşılığında heyətinə qata bilər.
Qeyd edək ki, bu mövsümdə 31 qarşılaşmada meydana çıxan İkardinin aktivində 20 qol, 4 məhsuldar ötürmə var.