18.05.2020 17:57
509
509

Almaniya Bundesliqasının 26-cı turunda “Yunion”a qalib gələn “Bavariya”nın qapıçısı Manuel Noyer oyundan sonra açıqlama verib.
Cempion.az xəbər verir ki, almaniya mətbuatına mesahibə verən təcrübəli əlcək sahibi, Münhen klubu ilə yeni müqavilə ilə bağlı aparılan danışıqlar barədə məlumat verib:
“Hazırda açıqlanacaq heç bir şey yoxdur. “Bavariya”da oynadığım üçün xoşbəxtəm və onlar da məni kapitan, qapıçı olaraq görməkdən məmnundurlar. İki tərəf də yeni müqavilə ilə bağlı nikbindir, amma hələ ki, razılıq əldə edə bilməmişik”.
Qeyd edək ki, Noyerin hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.