bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

İngiltərə və İtaliya klublarının Raul savaşı

18.05.2020 18:25 Oxundu 667


"Vulverhempton"un hücumçusu Raul Ximenes ən yaxın transfer dönəmində "canavarlar"dan ayrıla bilər.

Cempion.az "The Times" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu ilə "Mançester Yunayted" və "Yuventus"un maraq darəsindədir.

Turin təmsilçisi meksikalı hücumçunu Qonsalo İquainin əvəzinə almaq istəyir. "Qırmızı şeytanlar" isə mərkəz hücumçusu axtarır və boşluğu Ximenes ilə doldurmaq fikrindədir.

Məlumata görə, "Vulverhemtpon" Raulu yüksək qiymətə satmağa hazırdır.

Qeyd edək ki, Ximenes bu mövsüm Premyer Liqada 29 oyun keçirib, 13 qol vurub və 6 assist edib.