18.05.2020 19:48
606
606

"Sabah"la mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçulardan biri də Sezar Rodriqesdir.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Cempion.az saytına verdiyi məlumata görə, paraqvaylı hücumçu ilə anlaşmanın uzadılıb-uzadilmayacaqi ilə bağlı hələ qərar verilməyib. Hər şeyə 2019-2020-ci il mövsümü yekunlaşandan sonra aydınlıq gələcək.
Xatırladaq ki, Cənubi amerikalı forvard bu ilin yanvarında "Zirə"ni "Sabah"a dəyişib və yarım mövsümlük müqaviləyə imza atıb.
Qeyd edək ki, futbol üzrə Azərbaycan çempionatında oyunlar koronavirus pandemiyasına görə martın 13-dən təxirə salınıb.