bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Klopp: "Bizi çempion elan etməlidilər"

19.05.2020 10:15 Oxundu 527

"Liverpul"un baş məşqçisi Jurgen Klopp maraqlı açıqlama verib.

Cempion.az xəbər verir ki, İngiltərə mətbuatına müsahibə verən təcrübəli baş məşqçi bunları deyib: "Mövsümün ləğv olunmasını istəyən insanların olduğunu bilirəm. Premyer Liqanın 76%-ı oynanılmış və siz bunun ləğv olunmasını istiyirsiz? Məncə bu ədalətsiz bir qərar olar. Turnir cədvəlində şəriksiz liderik. Bizim çempion elan etməlidirlər. Ən doğru qərarda bu olar".

Qeyd edək ki, 29 oyuna 82 xal toplayan "Liverpul", ən yaxın izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.