cümə axşamı, 12 iyun 2025

DÜNYA FUTBOLU

"Yuventus" Dibala ilə razılığa gəldi

19.05.2020 11:13 Oxundu 487


“Yuventus” klubu argentinalı hücumçu Paulo Dibala ilə beş illik yeni müqavilə imzalayacaq.

Cempion.az “Football Italia” nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər və buna əsasən hücumçunun əmək haqqı da artırılacaq. Belə ki, 30 iyun 2022-ci ilə qədər Dibala ildə 7,5 milyon avro alacaq.

Bu mövsüm 26 yaşlı argentinalı “Yuventus”da 34 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.

Xatırladaq ki, 2015-ci ildən bəri Turin klubunda oynayan Dibala əvvəllər İtaliyanın “Palermo” və Argentinanın “Instituto AS” klublarında çıxış edib.