19.05.2020 11:51
523
523

Almaniyanın iddialı klublarından olan Münhenqladbax “Borussiya”sının fransalı futbolçusu Alassane Plea İngiltərənin nəhəng klublarının transfer siyahısına düşüb.
Cempion.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Arsenal", "Tottenhem" klubları Plea ilə yaxından maraqlanır. Hər üç klubun yaxın günlərdə “Borussiya” klubuna təklif göndərəcəkləri gözlənilir.
Xəbərdə bildirilir ki, “Borussiya”nın 2018 - ci ildə 23 milyon avroya heyətinə cəlb etdiyi futbolçunu 35-40 milyon avroya sata biləcəyi qeyd edilir.
Qeyd edək ki, bu mövsüm Bundesliqada çıxdığı 23 oyunda 9 qol, 7 asistlik performans göstərən Plea ilə "Lester"ində maraqlandığı bildirilir.