511

Avropa liqalarında gözlənilmədən çempion olan futbol komandaları ilə bağlı araşdırma aparılıb.
Cempion.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, siyahıya 14 klub daxil edilib. Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun çıxış etdiyi Hollandiya "Tvente"sinin 2010-cu il çempionluğu da siyahıda yer alıb. 31 yaşlı yarımmüdafiəçi liqada əsas komandanın heyətində heç bir oyuna çıxmasa da, çempionluq sevinci yaşayıb.
Türkiyənin "Bursaspor" klubunun 2010-cu ildə çempion olması da gözlənilməz nəticələrdən hesab olunub.
Sürpriz çempionlar: “Blekbörn Rovers" (İngiltərə - 1995), “Nant” (Fransa - 1995), “Kayzerslautern” (Almaniya - 1998), “Genk” (Belçika - 1999), “Deportivo La Korunya” (İspaniya - 2000), “Boavişta” (Portuqaliya - 2001) , “Rubin” (Rusiya – 2008, 2009), “Volfsburq” (Almaniya - 2009), AZ (Niderland - 2009), “Bursaspor” (Türkiyə - 2010), “Tvente” (Niderland - 2010), “Monpelye” (Fransa - 2012), “Lester” (İngiltərə - 2016), PAOK (Yunanıstan - 2019).