19.05.2020 13:14
498
498

İngilis nəhəngi önümüzdəki mövsümün transfer çalışmaları sırasında "Roma"nın gənc ulduzu Nikolo Zaniolonu heyətinə cəlb etmək istiyir.
Cempion.az "Corriere dello Sport" nəşrinə istinadən xəbər verir ki, ''Liverpul", Zaniolo yarışında ən öndə gedən klublar sırasındadır. ''Roma''nın bu yaz yaşaması mümkün görünən maddi sıxıntılar səbəbiylə gənc oyunçunun satışına razılıq verəcəyi bildirilir.
Xəbərdə bildirilir ki, "Liverpul" klubu yaxın günlərdə Zaniolo transferini bitirəcək.
Qeyd edək ki, İtaliya futbolunun bacarıqlı futbolçularından biri olaraq göstərilən Zaniolo, yanvar ayında yaşadığı zədədən sonra məşqlərini davam etdirməyə başlayıb.