bazar ertəsi, 30 mart 2026

DÜNYA FUTBOLU

Gənc müdafiəçi "Arsenal"ın hədəfində

19.05.2020 14:00 Oxundu 512

İngiltərənin "Arsenal" klubu yeni mövsüm üçün heyətini gücləndirmək istəyir.

Cempion.az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, London nəhəngi artıq transfer çalışmalarına başlayıb. "Arsenal" İtaliyanın "Verona" klubunda çıxış edən Maraş Kumbullaya göz dikib. "Topçuların" yaxın günlərdə 20 yaşlı müdafiəçiyə görə qarşı tərəfə təklif göndərəcəyi gözlənilir.

Xəbərdə bildirilir ki, gənc müdafiəçinin satış qiyməti 27 milyon avro dəyərindədir.