bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

"Betis" və "Valensiya"dan Vertongen rəqabəti

19.05.2020 14:38 Oxundu 495

İngiltərənin "Tottenhem" klubu ilə olan müqaviləsinin sonuna gələn və komandadan ayrılmağa hazırlaşan Vertongeni transfer etmək istəyən klubların sayı artıb.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, İspaniya təmsilçiləri "Real Betis" və "Valensiya" klubları da 34 yaşlı belçikalı müdafiəçini heyətlərinə cəlb etmək istəyirlər. Hər iki klubun təcrübəli müdafiəçiyə görə qarşı tərəfə təklif göndərəcəkləri gözlənilir.

Xəbərdə bildirilir ki. Vertongen hal-hazırda ona gələn təklifləri gözdən keçirdir.

Qeyd edək ki, bir müddət əvvəl futbolçunun adı İtaliya "İnter"i ilə çəkilirdi.