bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Joao Mario  "Qalatasaray"ın transfer siyahısında

19.05.2020 15:32 Oxundu 541

Türkiyənin "Qalatasaray" klubu "Porto"nun gənc oyunçusu  Joao Marionu heyətinə cəlb etmək istəyir.

Cempion.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" rəsmiləri 20 yaşındakı sol cinah müdafiəçisinə təklif göndərib. "Porto"nun B komandasında forma geyinən Joao Marionu transferində bir əngəl var.

Xəbərdə bildirilir ki, futbolçunun ailəsi də Türkiyəyə gəlmək istəsə, o zaman "Qalatasaray"ın təklifi qəbul ediləcək.

Qeyd edək ki, Mario, Portuqaliyanın U19 və U20 yığmalarında forma geyinir.