bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Məşhur klublar xeyriyə turniri keçirəcəklər

19.05.2020 16:36 Oxundu 506


İtaliyanın "İnter", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları xeyriyyə turniri keçirəcəklər. 

Cempion.az İnter klubunun rəsmi saytına istinadən xəbər verir ki, Avropa Həmrəylik Kuboku - Qəhrəmanlar üçün futbol turniri 2021-ci ildə olacaq. 

"İnter" "Bavariya"nı, "Real Madrid" "İnter"i, "Bavariya" "Real Madrid"i qəbul edəcək. Bütün matçlardan əldə olunan gəlir Avropaya dəstəyin simvolu olaraq tibb müəssisələrinə bağışlanacaq.

Qarşılaşmaların təqvimi daha sonra müəyyənləşəcək. 

Qeyd edək ki, dünyanın bir çox ölkəsindəki çempionatlar koronavirus pandemiyasına görə təxirə salınıb.