bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Yığmamızın üzvünün qardaşı ingilis klubunun hədəfində

19.05.2020 18:45 Oxundu 519


Niderlandın "Feyenord" klubunda çıxış edən futbolçu Orkun Kökçü İngiltərə "Arsenal"ının transfer hədəflərindən birinə çevrilib. 

Cempion.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "topçular"ın məşqçilər heyətinin planlarına daxil olmayan türk əsilli futbolçu Mesut Özili əvəzləyə bilər. "Arsenal" rəsmiləri türkiyəli yarımmüdafiəçi ilə tezliklə danışıqlara başlamağı planlaşdırır. 

Onunla İspaniya "Sevilya"sı da maraqlanır. "Feyenord"un yetirməsi Rotterdam təmsilçisinin əsas komandasında 2018-ci ilin sentyabrında debüt edib. Gənc futbolçu bu mövsüm 35 oyunda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, Orkun Kökçü hazırda "Sabah"da çıxış edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.