cümə, 26 aprel 2024

BİZİM FUTBOL

UEFA-dan Azərbaycan klublarına növbəti ödəniş

19.05.2020 19:11 Oxundu 524


2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində, qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına maliyyə vəsaiti köçürülüb.

Cempion.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Aşağıdakı cədvəl əsasında UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb:

“Neftçi” – 15 446.42 avro
“Səbail” – 15 446.42
“Qəbələ” – 15 446.42
“Zirə” – 15 446.42
“Sumqayıt” – 15 446.42
“Sabah” – 15 446.42
“Keşlə” – 15 446.42

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəməyə görə növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.