20.05.2020 09:43
544
544

Türkiyənin “Fənərbaxça” klubunda futbolçular, məşqçilər heyəti və texnki işçilər növbəti dəfə koronavirus tetstindən keçiblər.
Cempion.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bütün testlərin nəticəsi mənfi olub. Bu səbəbdən də futbolçular sabahdan etibarən klubun bazasında qrup şəklində hazırlığı bərpa edəcəklər.
Qeyd edək ki, daha öncə İstanbul klubunda üç nəfərin koronavirusa yoluxduğu açıqlanmışdı.