20.05.2020 10:53
500
500

Filippe Koutinyonun meneceri futbolçunun gələcək karyerası barədə açıqlama verib.
Cempion.az "Sport1"ə istinadən xəbər verir ki, brazilyalı ulduz futbolçunun meneceri Kia Curabçian oyunçunun gələcəyi ilə bağlı danışıb:"Hələlik qərar verilməyib. Əvvəl də dediyim kimi, bu qeyri-müəyyənlik periodunda transferləri və gələcək planlarımızı müzakirə etməmişik və etməyəcəyik.
Filippe Münhendə çox xoşbəxtdi. Klub, komandadakı yüksək peşəkarlıq onun xoşuna gəlir. Ən qısa müddət ərzində sağalmaq və komandaya kömək etmək istəyir. Onun üçün bundan daha önəmli məsələ yoxdu. Sonra vəziyyətin necə inkişaf edəcəyinə baxıb qərar verəcəyik".
Jurnalist Florian Plettenberqin sözlərinə görə, braziliyalı futbolçu 3-4 həftə ərzində yaşıl meydanlara qayıtmağı planlaşdırır. Baş məşqçi Hans-Diter Flik Kouya müsbət yanaşır. 27 yaşlı oyunçunun gələcəyi "Barselona"nın tələb etdiyi transfer məbləğindən asılı olacaq.
Qeyd edək ki, Koutinyu ötən ilin yayından icarə əsasında "Bavariya"da çıxış edir.