bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

Qustavo Maia Avropa nəhənglərinin hədəfində

20.05.2020 11:17 Oxundu 487


"San-Paulu''nun 19 yaşındakı futbolçusu Qustavo Maia "Barselona"ya transfer ola bilər.

Cempion.az xəbər verir ki,  Qustavonun maraqlarını təmsil edən Nelson Moura müştərisinin gələcəyi ilə bağlı "Marca"ya danışıb: "Qustavo özü hər zaman "Barselona"da oynamaq istədiyini deyir.  Daha yüksək təkliflər olmasına baxmayaraq Qustavo yalnız Kataloniya təmsilçisinin təklifinin dəyərləndirilməsini istəyir. "Barselona" rəsmiləri "San-Paulu" kubokunda onu izləməyə gəlmişdilər. 3 qol vurdu və bundan sonra görüşmələrə başladıq. "Barselona"dan başqa İngiltərənin "Liverpul" klubu və digər İspaniya təmsilçisi "Atletiko" da Qustavo Maiaya təklif göndəriblər. Hal-hazırda hər 3 klubun təkliflərini nəzərdən keçirdirik".