bazar ertəsi, 22 dekabr 2025

DÜNYA FUTBOLU

"Bavariya"da 10 nömrə Leroy Sanenin

20.05.2020 11:46 Oxundu 501

Almaniyanın nəhəng klublarından olan "Bavariya" Leroy Sane transferini bu yaz yekunlaşdırmaq istəyir.

Cempion.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya təmsilçisi "Mançester Siti"nin futbolçusu Saneyə 10 nömrəli formanı təklif edib.

Məlumta görə, hal-hazırda Koutinyonun geyindiyi forma mövsüm sonunda boşda qalacağı gözlənilir.

Qeyd edək ki, brazilyalı futbolçudan əvvəl 10 nömrəli forma klubun əfsanələrindən olan Robben tərəfindən geyinilmişdir.