cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Alexandro Bernal ​Azərbaycan klublarının hədəfində

20.05.2020 12:13 Oxundu 505


Azərbaycan klubları kolumbiyalı futbolçu Alexandro Bernala təklif göndərib. 

Cempion.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi "Ligadeportiva" nəşrinə açıqlamasında bildirib.

Klubların adlarını çəkməyən futbolçu, başqa komandalardan da təkliflər aldığını bildirib. Bernal deyib ki, "hansısa komandanın təklifini qəbul etməzdən əvvəl nəzərə alınmalı çox şey var". 

Qeyd edək ki, Alexandro Bernal son olaraq ölkəsində "Atletiko Bukaramanqa" klubunun formasını geyinib. Hazırda azad agent olan oyunçu 2014-cü ildə "Atletiko Nasyonal"ın heyətində Kolumbiya liqasının, 2012, 2013 və 2016-cı illərdə isə ölkə kubokunun qalibi olub. Bernal 2016-cı ildə bu komanda ilə Libertadores Kubokunu da qazanıb.